İŞİD-çilərin sayı azalıb

İŞİD terror qruplaşmasının sıralarına qoşulan əcnəbilərin sayı son bir ildə 10 dəfə azalıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu İŞİD-ə qarşı əməliyyatlar üzrə komandan müavini general-mayor Piter Gersten deyib.

Onun sözlərinə görə, ABŞ-ın hesablamalarına əsasən, ötən il İŞİD sıralarında ayda 1500-2000 əcnəbi qatılırdı: "Hazırda bu rəqəm orta hesabla 200 nəfər təşkil edir. İŞİD sıralarında fərarilik halları artır, onların döyüş ruhu sarsılıb. Onlar döyüşçülərinə haqlarını ödəyə bilmirlər, onlar artıq əvvəlki kimi savaşa bilmirlər".

Qeyd edək ki, ABŞ və onun müttəfiqləri 2014-cü ildə İŞİD-ə qarşı əməliyyat aparır. Pentaqonun son hesablamalarına görə, İŞİD sıralarında 25-30 min silahlı döyüşür.

Bütün xəbərlər Facebook səhifəmizdə