ABŞ prezidenti Barak Obama Almaniyaya işgüzar səfərə gedib.SIA-nın xəbərinə gprə, Obama bu gün Almaniya kansleri Angela Merkel ilə birgə sənaye yarmarkasının açılışında iştirak edəcək. Hannover texnologiya və sənaye investisiyaları yarmarkası dünyada ən böyük hesab olunur. Bu il tədbirin tərəfdaş ölkəsi ABŞ-dır. Obama Almaniyaya dünya turu çərçivəsində səfər edib. O bundan öncə Səudiyyə Ərəbistanı və Böyük Britaniyada krallıqlarında olub.

Bütün xəbərlər Facebook səhifəmizdə