Türkiyə 1915-ci il hadisələri zamanı həlak olan bütün vətəndaşların xatirəsini yad edəcək. SIA-nın Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. R.T.Ərdoğan bildirib ki, 1915-ci il hadisələrində Osmanlı dövləti ərazisində yaşamış bütün millətlər zərər çəkib. Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırımı" törədib. Ermənilər dünya ölkələrində bu qondarma erməni "soyqırım"ın təbliğatını gücləndirərək, bəzi dövlətlərin parlamentləri tərəfindən onun tanınmasına nail olublar. Qeyd edək ki, Türkiyə dəfələrlə 1915-ci il hadisələri barədə həqiqətlərin araşdırılması üçün arxivləri açmağa hazır olduğunu bəyan edib. Həmçinin Ermənistanı bu məsələ ilə bağlı birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan bu təklifə məhəl qoymur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB