Angela Merkel Türkiyəyə səfər edib

Kanslerlə birgə Aİ nümayəndələri də qardaş ölkəyə gəlib

Almaniya kansleri Angela Merkel və Avropa İttifaqı Şurasının sədri Donald Tusk və Avropa Komissiyası sədrinin müavini Frans Timmermans Türkiyənin Suriya ilə sərhədində yerləşən Qaziantep şəhərinə gediblər. SİA "Assoşieytid Press"ə istinadən xəbər verir ki, nümayəndə heyəti Türkiyəyə səfər zamanı ölkənin baş naziri Əhməd Davudoğlu ilə görüşəcək, Türkiyə və Aİ-nin miqrasiya sazişinin reallaşdırılması məsələsini müzakirə edəcək.

Aİ rəhbərliyi və Almaniya kanslerinin, həmçinin suriyalı qaçqınların olduğu düşərgəni ziyarət edəcək.
Nümayəndə heyətinin səfəri ilə əlaqədar olaraq sərhədyanı Qaziantep şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə