İrəvanda polis jurnalistləri döydü

Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahına doğru yürüşün gedişində bu gün axşam Yerevan polisinin əməkdaşları güc tətbiq edərək bir neçə vətəndaş cəmiyyəti fəalını — aksiya iştirakçılarını saxlayıb. Bu barədə Ermənistan mətbuatı xəbər verib.

"Güc tətbiqi ilə həmçinin Birinci İnformasiya portalının operatorları Narek Barsegyan və Sevak Soqomonyan saxlanılıb, videoavadanlıq zədələnib", - məlumatda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə