İsrail polisi avtobusda baş verən partlayışın terror aktı olduğunu bildirib
Qüdsdə partlayış

İsrail polisi Yerusəlimdə 15 nəfərin xəsarət alması ilə nəticələnmiş partlayışın terror aktı olduğunu elan edib. Polis bildirib ki, partlayış boş avtobusda baş verib. Yanğın oradan içərisində sərnişinlər olan digər avtobusa keçib. RİA NOVOSTİ informasiya agentliyi xəbər verir ki, hüquq mühafizə orqanlarının mətbuat katibi Mixael Zingerman hadisə yerində partlayıcı qurğunun tapıldığını bildirib. Onun sözlərinə görə, söhbət terror aktından gedir.

Bir qədər əvvəl İsrailin hüquq mühafizə orqanları partlayışın texniki səbəblərdən baş verdiyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə