İsraildəki partlayış nəticəsində 15 nəfər yaralanıb

İsraildəki partlayış nəticəsində 15 nəfər yaralanıb

Yerusəlimin Xevron küçəsində boş avtobus partlayıb. SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, onun yanından keçən digər avtobusun sərnişinləri xəsarət alıb.

Partlayış nəticəsində 15 nəfər yaralanıb.

"Jerusalem Post" qəzetinin məlumatına görə, zərərçəkənlərin iki nəfəri ağır vəziyyətdədir. Daha 6 nəfərin aldığı xəsarətlər orta ağırlıq dərəcəsindədir.

İsrail polisinin rəsmi nümayəndəsi Mikki Rozenfild insidentlə bağlı tədqiqata başlanıldığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə