İŞİD Türkiyəyə hücum etdi 3 ölü, 9 yaralı

İŞİD Türkiyəyə hücum etdi 3 ölü, 9 yaralı

Türkiyənin Kilis bölgəsi İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub. SİA xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

Raket mərmilərindən ikisi dövlət xəstəxanasının arxasındakı oksigen deposuna, ikisi Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb. Yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Daha sonra Türkiyə ordusu cavab olaraq Suriya ərazisini atəşə tutub.

Növbəti top mərmisi Hatay ərazisinə düşüb. Boş sahəyə düşdüyündən hadisə zamanı ölən olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə