Türkiyənin sərhəddə yerləşən Kilis rayonunun zeytun bağçasına Suriyadan Rusiya istehsalı olan "Katyuşa" kompleksindən atılan raketin düşməsi nəticəsində bir sakin həyatını itirib, bir uşaq yaralanıb. SİA xəbər verir ki, bir müddət sonra Suriyadan atılan daha bir raket Kilis dövlət xəstəxanasına düşüb, xəsarət alan olmayıb.
Türkiyənin sərhəddəki Hatay əyalətinin Yayladağı rayonuna isə Suriyadan atılan top mərmisi düşüb. Bu atəş nəticəsində də xəsarət alan olmayıb.
Türk dövlətinin sərhəddəki hərbçiləri həmin istiqamətlərə raket atıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB