Aprelin 16-da gecə Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 233 nəfərə çatıb. Bunu bu gün Ekvador prezidenti Rafael Korrea bəyan edib.
Dövlət orqanlarının məlumatına görə, faciə nəticəsində 1500-dən çox insan xəsarət alıb.
Axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Zəlzələdən dərhal sonra Ekvador Daxili İşlər Nazirliyi dəniz sahilinə yaxın ərazilərin 72 saat ərzində əhali üçün qapalı olduğunu elan edib. Hökumət təbii fəlakətin nəticələrinin aradan qaldırılması və xilasetmə işlərinə 10 min əsgər və 3500 polis cəlb edib. Ölkədə fəaliyyət göstərən mobil operatorlar isə müştərilərinin qısa mesaj xidmətindən pulsuz istifadə edə biləcəkləri barədə məlumat yayıb.
Ekvadorda çoxlu insan tələfatı ilə nəticələnən sonuncu güclü zəlzələ 1987-ci ildə baş vermişdi. Həmin vaxt 7,2 bal gücündəki zəlzələ min nəfərin ölümünə səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB