Ekvadorda zəlzələ 77 can aldı

Ekvador sahillərində 7,8 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzinin xəbərində bildirilir.

Zəlzələnin episentri Muisne yaşayış məntəqəsindən 27 kilometr cənub-şərqdə yerləşib. Təkanlar 19,2 kilometr dərinlikdə qeydə alınıb. Hadisə zamanı dağıntılar baş verib, paytaxt Kitonun elektrik enerjisi ilə təchizatı qismən dayandırılıb.

Güclü zəlzələ nəticəsində ölənlərin sayı 77 nəfərə çatıb, 588 nəfər xəsarət alıb.

Ölkənin vitse-prezident Xorxe Qlas ölkədə fövqəladə vəziyyət rejiminin elan olunduğunu bəyan edib, bu zəlzələnin 1979-cu ildən sonra ölkədə baş verən Ən güclü zəlzələ olduğunu söyləyib. Ekvador hökuməti xilasetmə işlərinə 10 min hərbçi və 3,5 min polis cəlb edib. Vtse-prezident sahil rayonlarından evakuasiya edilən sakinlərin artıq öz evlərinə qayıda biləcəyini, sunami təhlükəsinin olmadığını də açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə