Aztəminatlı vətəndaşlara müavinətin verilməsi dayandırılıb

İran parlamenti əhalinin aztəminatlı təbəqəsinə müavinətin verilməsinin ləğvi haqda qanun qəbul edib. SİA xəbər verir ki, indiyədək ölkə üzrə 24 milyon vətəndaş dövlət büdəcəsindən yardım alıb.

Müavinətin ləğvi İran prezidentinin həyata keçirmək istədiyi iqtisadi islahatların tərkib hissəsi sayılır.

Qeyd edək ki, hər ay ictimai sektorda işləyənlərə, hərbçilərə və əhalinin aztəminatlı təbəqəsinə 12 dollar məbləğində nağd pulla müavinət verilirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə