"Moskva Ankara üçün bir dost olaraq qalır, lakin fərdi siyasətçilərlə problemlər var". SİA-nın xəbərinə görə, bunu Rusiyanın prezidenti Vladimir Putin "canlı yayım" zamanı deyib.
"Biz düşmən münasibətlərində deyilik. Bizim dünyanın əksər ölkələr ilə yaxşı münasibətlərimiz var"- deyən, rusiyalı prezident qeyd edib ki, Rusiya Türkiyəni də özünə dost ölkələrdən hesab edir.
Onun sözlərinə görə, türk xalqı-dost xalqdır.
Putin çıxışı zamanı Rusiyanın bəzi diplomatlarla problemləri olduğunu qeyd edib: "Biz sakit şəkildə öz işimizi işləyirik. Lakin dostluqdan kənar hərəkətlərə zamanında cavab vermək lazımdır ki, gələcəkdə boynunda oturmasın".
Bütün xəbərlər Facebook səhifəmizdə