Putin: “Moskva Ankara üçün dost olaraq qalır”

14 Aprel 2016 15:32 (UTC+04:00)

"Moskva Ankara üçün bir dost olaraq qalır, lakin fərdi siyasətçilərlə problemlər var". SİA-nın xəbərinə görə, bunu Rusiyanın prezidenti Vladimir Putin "canlı yayım" zamanı deyib.

"Biz düşmən münasibətlərində deyilik. Bizim dünyanın əksər ölkələr ilə yaxşı münasibətlərimiz var"- deyən, rusiyalı prezident qeyd edib ki, Rusiya Türkiyəni də özünə dost ölkələrdən hesab edir.

Onun sözlərinə görə, türk xalqı-dost xalqdır.

Putin çıxışı zamanı Rusiyanın bəzi diplomatlarla problemləri olduğunu qeyd edib: "Biz sakit şəkildə öz işimizi işləyirik. Lakin dostluqdan kənar hərəkətlərə zamanında cavab vermək lazımdır ki, gələcəkdə boynunda oturmasın".