Brüssel hadisələriylə bağlı 2 nəfər həbs edildi

22 mart tarixində Brüsseldə baş verən terror aktı ilə bağlı 2 nəfər həbs edilib. SİA xəbər verir ki, bu barədə Belçika federal prokurorluğundan məlumat verilib.

Belə ki, adları F. və İbrahim F. olan şəxslərin Brüssel hadisələrini törədənlərin Etterbikdə qaldığı evi kirayəyə götürdüyü açıqlanıb.

Brüssel hadisələrini araşdıran hakim 2 şəxs haqqında terror aktlarında iştirak etmə və terror məqsədli cinayət törətməkdə günahkar hesab edərək həbs edilmələri haqqında qərar verib.

İstintaq işinin davam etdirildiyi və hələ ki, əlavə informasiyanın verilməyəcəyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə