Avropa İttifaqı Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən və gəlirləri 750 milyon avrodan yüksək olan çoxmillətli şirkətlərin ümumi gəlirləri və bu gəlirlərin ictimaiyyətə açıqlanması ilə bağlı tənzimləmə təklif edib. SİA xəbər verir ki, komissiya bu addımı vergi şəffaflığını artırmaq üçün atıb.
Aİ Komissiyası rəhbərinin müavini Valdis Dombrovski təkliflə bağlı açıqlama verib. O bildirib ki, bu təklifin tətbiqi zamanı vergi qaçaqçılığı və vergidən yayınma halları aradan qaldırılacaq: "Bu komissiyanın əsas məqsədini təşkil edir. Bu təklifin tətbiq edilməsi ilə çoxmillətli şirkətlər ödədikləri vergi məbləğini ictimaiyyətlə açıqca paylaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB