Braziliya parlamentinin müvafiq komitəsi ölkə prezidenti Dilma Rusefi impiçment vasitəsilə ölkə rəhbərliyi postundan uzaqlaşdırılması ideyasını dəstəkləyib. SİA xəbər verir ki, bu barədə BBC News məlumat yayıb. Palrmanebt komitəsinin 65 üzvündən 38-i Rusefin sitefaya göndərilməsinin tərəfdarı kimi səs verib.

İmpiçment məsələsi prezidentin dövlət hesablarına müdaxiləsindən sonra qaldırılıb. Belə ki, Dilma Ruself büdcə kəsirini gozlətməkdən ötrü dövlət hesabları üzərində manipulyasiya edib. Artıq qərara gəlinib ki, aprelin 17-18-də parlamentin aşağı palatasında da impiçment səsverməsi keçiriləcək.

Nəticədə Braziliyanın paytaxtında böuük kütlə toplaşmağa başlayıb. Onlar Rusefin tərəfdarları qismində impiçmentə qarşı çıxacaqlarını bildirirlər. Hakimiyyət isə vəziyyətin gərginləşməməsi üçün polis qüvvələrini paytaxtın müxtəlif mərkəzi bölglərinə yürüdüb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə