Diyarbəkirdə PKK terrorçuları hərbçilərə hücum ediblər

Türkiyənin Diyarbəkir vilayətinin Hani rayonunda PKK terrorçuları hərbçilərə hücum ediblər. "Anadolu" agentliyinin məlumatına görə, minalanmış avtomobil idarə binası qarşısında partlayıb. Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını gəlib.

Terror hücumları nəticəsində yaralanan hərbçilər Diyarbəkir hərbi hospitalına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə