İrəvan Azərbaycana silah satışını dayandırmağı tələb edib
Ermənistan İsrailə nota verdi

Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan İsrailin paytaxtına gedib. O, İsrailin Azərbaycana silah satışını dayandırması üçün etiraz notasını da özü ilə aparıb. Bu barədə İsrailin yerli "Haaretz" xəbər portalı məlumat yayıb.

Sayt bildirib ki, XİN-in "Avrasiya" şöbəsinin müdiri Dan Oriyan onunla görüşüb və A.Melkonyan ona içərisində İsrailin Azərbaycana silah satışını dayandırması ilə bağlı tələbin yer aldığı rəsmi etiraz notası təqdim edib.

Xəbər portalının səfirlikdəki yüksək vəzifəli mənbədən aldığı məlumata görə, sənəddə xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur. Melkonyan bu barədə məlumat verməkdən imtina etsə də qəzetin məlumatında göstərilən detalları təkzib etməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə