ABŞ-da ilkin seçkilərdə Ted Kruz öndədir

ABŞ-da ilkin seçkilərdə Ted Kruz öndədir

ABŞ prezidenti postuna Respublika Partiyasından namizədliyə iddialı senator Ted Kruz aprelin 8-də Kolorado ştatında partiya üzvlərinin əksəriyyətinin dəstəyini qazanıb. TASS xəbər verir ki, Texas ştatından olan senator Koloradodan respublikaçıların milli qurultayında iştirak edəcək 37 partiya üzvünün 21-nin səsinə yiyələnib. İyulun 18-21-də keçiriləcək bu forumda ABŞ prezidenti postuna seçkilərdə partiyanın rəsmi namizədinin adı açıqlanacaq.

"New York Times" qəzetinin hesablamasına görə, hazırda seçkiqabağı yarışın favoriti milyarder Donald Trampı qurultay nümayəndələrindən 743-ü, Ted Kruzu 520-si, Ohayo ştatından olan qubernator Con Keysiki isə 143-ü dəstəkləməyə hazırdır. Partiyanın rəsmi namizədi olmaq üçün 1237 nümayəndənin səsini toplamaq lazım gəlir.

Xatırladaq ki, seçkiqabağı kompaniyanın növbəti vacib mərhələsi aprelin 19-da Nyu-York şəhərində keçiriləcək praymeriz olacaq. Burada namizədləri 95 partiya üzvünün səsi gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə