İŞİD Dəməşq şəhəri yaxınlığında yerləşən sement fabrikinə hücum edib. SİA xəbər verir ki, hücumdan sonra ən az 200 işçi itkin düşüb.
Dəməşq şəhərinin Dumeyr qəsəbəsində yerləşən fabrikdə çalışan işçilərin qaldıqları binadan qaçırıldıqları və bilinməyən bir ərazidə gizlədildikləri bildirilib.
Qəsəbədə İŞİD-lə Suriya ordusu arasında şiddətli atışmaların yaşandığı vurğulanıb.
Qeyd edik ki, Suriya dövlət televiziyası ölkənin sənaye nazirliyinə istinadən məlumat verib ki, hücum zamanı 300 nəfər işçi qaçırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB