Fransızlar Mərakeş səfirliyinə donuz başı asdılar

Fransızlar Mərakeş səfirliyinə donuz başı asdılar

Fransanın paytaxtı Parisdə Mərakeş səfirliyinin binasının dəmir hasarına donuz başı asılıb. SİA xəbər verir ki, səfirliyin səlahiyyətliləri hadisə ilə əlaqədar prokurorluğa cinayət işinin açılması üçün şikayət ediblər.

Fransa İslam Şurası bu hadisəni qınadığını bildirib.

Mərakeş hökumətinin təmsilçisi Mustafa Əl Half isə hadisəni şərh edərkən bunu xaincə və qəbul edilə bilməz adlandırıb.

Qeyd edək ki, son dövrlər Fransada əcnəbi vətəndaşlara qarşı antisimpatiya bəsləyən şəxslər məscidlərin önünə də donuz başı ataraq onları narahat edir.

Bütün xəbərlər Facebook səhifəmizdə