Kralı təhqir etdi cərimə olundu

İspaniyada vətəndaşının sosial şəbəkədə hərəkəti başına bəla oldu
Kralı təhqir etdi  cərimə olundu

İspaniyada Valensiya sakini Ernest Bru Rodenas Twitter şəbəkəsindəki şəxsi hesabında kralı təhqir edib. Keçirilən məhkəmədə o təqsirli bilinərək 240 avro cərimə olunub.

Valensiya şəhərinin keçmiş rəhbəri Klementina Rodenasın oğlu olan bu vətəndaş kralı təhqir etdiyi şərhində həm də "ETA-ya eşq olsun!"(ETA baskların radikal sol təmayüllü separatçı təşkilatıdır) yazıb.

Ernest Bru Rodenas cəriməsini günə 2 avro olmaqla 4 ay müddətində ödəməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə