ABŞ-ın "Boeing" şirkəti 4 min işçini ixtisara salmaq niyyətindədir. "Bloomberght.com" saytı xəbər verir ki, şirkət 1,6 min nəfərin könüllü şəkildə işindən ayrılacağını söyləyib.
Şirkətdən bildirilib ki, işçilərin ixtisar edilməsinə səbəb şirkətin xərclərini azaltmaqla təyyarələrin xidmətindən istifadə qiymətində endirim etməkdir. Bu addımlar "Airbus" ilə uğurla rəqabət aparmağa imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB