Rusiya hərbi təchizat ixracı ilə bağlı ilkə imza atdı. SİA xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin hərbi təchizatın istehsal həcminin 2015-ci ildə 14,5 milyard dollar qazanc gətirdiyini açıqlayıb.
Hərbi Texniki Əməkdaşlıq Komissiyasının konfransında çıxış edən Putin bildirib ki, bu gözləniləndən daha yüksək nəticə olub. Eyni zamanda qeyd edib ki, silah və hərbi texnikanın istehsalı ilə bağlı yeni sifarişlərin həcmi artıq 56 milyard dolları ötüb.
Dövlət başçısı bunun Rusiya silah ixracı tarixində bir ilk olduğunu da vurğulayıb.
Putin Afrika, Latın Amerikası, Cənubi Asiya və Yaxın Şərqdə də yeni bazarların açıqlacağını deyib.
Qeyd edək ki, Rusiya 2015-ci ildə 58 ölkəyə hərbi texnika ixrac edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB