Kerri Çavuşoğluna niyə zəng etmişdi?

Kerri Çavuşoğluna niyə zəng etmişdi?

ABŞ dövlət katibi Con Kerri gecə yarısı Türkiyəyə sürpriz şəkildə telefon zəngi edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, Kerri gecə yarısı xarici işlər naziri Mövlud Çavuşoğlu ilə kritik bir danışıq edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün ABŞ-a başlayacaq səfəri öncəsi edilən zəngin byenəlxalq əhəmiyyəti olduğu vurğulanır. Ərdoğan Nüvə sammitində iştirak edəndən sonra məscid açılışna qatılacaq.

Diplomatik qaynaqlardan verilən məlumata görə, əsas müzakirə mövzusu terror hadisələri olub. O, Türkiyəyə son zamanlar yaşanan terror hadisələri ilə başsağlığı verib. Bundan başqa terrola mübarizə yolları, Suriyadakı son vəziyyət, Yaxın Şərqdə baş verənlər, Rusiya ilə münasibətlər də müzakirə mövzusu olub.

Telefon danışında PKK və digər terror təşkilatları ilə mübarizədə əməkdaşlığın artırılması haqqında da danışılıb.

31 mart-1 aprel tarixlərində Vaşinqtonda Nüvə sammiti baş tutacaq. Sammitdə bir çox dövlət başçılarının o cümlədən, Azərbayacan prezidenti İlham Əliyevin də iştirakı nəzərdə tutulub. Sammitdə nüvə təhlükəsizliyinə dair disskusiyalar davam etdiriləcək və nüvə terrorizminin qarşısının alınması üçün tədbirlər planı müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə