Daha 3 nəfər həbs edildi

Türkiyənin Qaziantəp vilayətinin Karkamış mahalında İŞİD-ə qoşulmaq istəyən 3 nəfər şəxs həbs edilib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkılatına qoşulmaq istəyən şəxslərin Qaziantəpə İstanbul şəhərindən gəldiyi məlum olub.

Bununla əlaqədar İŞİD-in Türkiyədəki fəaliyyətinin qarşısını almaq məqsədilə Qaziantəp vilayətinin mərkəzində və ətraf bölgələrdə, həmçinin Karkamış mahalının giriş və çıxışında təhlükəsizlik tətbirləri görülüb.

Bu tədbirlər mahalın təhlükəsizlik qrupları tərəfindən həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə