Pakistan kompensasiya ödəyəcək

Pakistan kompensasiya ödəyəcək

Pakistanın Baş naziri Nəvaz Şərif Lahor şəhərindəki partlayış nəticəsində həlak olanların ailələrinə və yaralananlara kompensasiya verilməsi ilə bağlı qərar qəbul edib. SİA xəbər verir ki, sənədə əsasən həlak olanların ailələrinə 9,5 min dollar veriləcək. Ağır yaralananlara 2,9, yüngül yaralılara isə 1,4 min dollar ödəniləcək.

Xatırladırıq ki, dünən Lahordakı uşaq parkında törədilən terror aktı nəticəsində 72 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. Həlak olanların və xəsarət alanların əksəriyyəti uşaqlardır.

Bütün xəbərlər Facebook səhifəmizdə