5 min 359 PKK terrorçusu məhv edildi Foto

5 min 359 PKK terrorçusu məhv edildi Foto

Türkiyədə terror aktlarına qarşı aparılan hərbi əməliyyatlar zamanı 5 min 359 PKK terrorçusu məhv edilib. SİA "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu göstərici keçən ilin iyul ayından bu ilin fevral ayına qədər hesablanmış nəticədir.

Belə ki, 7 iyul 2015 tarixindən bu ilin 27 mart tarixinə qədər törədilən 265 terror aktı nəticəsində 215 əsgər, 133 polis, 355 təhlükəsizlik işçisi şəhid olub.

Terror aktları zamanı 11-i uşaq olmaqla 285 sadə vətəndaş həyatını itirib. Həlak olan şəxslər arasında 11 alman, 3 israilli, 2 iranlı və 1 fələstinli də olub.

Bütün bu hücumlar zamanı isə ümumilikdə 897 nəfər vətəndaş yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə