Taylandda qəza 40 nəfərin yaralanmasına səbəb oldu

Taylandda qəza 40 nəfərin yaralanmasına səbəb oldu

Taylandın mərkəzində yerləşən Ayutthaya əyalətində sərnişin avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 40 nəfər xəsarət alıb.

SİA-nın xarici mətbuata istinadən məlumatına görə, qəza güclü yağış zamanı baş verib.

Zərərçəkənlərə tibbi yardım tələb olunub. Onların əksəriyyəti Tayland vətəndaşıdır. Lakin aralarında əcnəbilərin də olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə