Pakistanın şərqində yerləşən Lahor şəhərində parkda baş verən partlayış nəticəsində azı 38 nəfər ölüb, 100-ə yaxın insan yaralanıb. Ölənlərin və yaralananların əksəriyyətinin qadınlar və uşaqlar olduğu bildirilir.
Partlayışa görə məsuliyyəti heç bir terrorçu təşkilat öz üzərinə götürməyib.
Xatırladaq ki, Pakistan ordusu Əfqanıstanla sərhəd rayonlarında antiterror əməliyyatlarına 2014-cü ildə "Taliban" hərəkatı üzvlərinin Kəraçi aeroportuna hücumundan sonra başlayıb. Həmin ilin yayından ölkə ordusu "Əl-Qaidə", "Təhrik-e Taliban Pakistan", "Şərqi Türküstanın İslam Hərəkatı", "Özbəkistan İslam Hərəkatı" kimi terror qruplaşmalarına qarşı "Zurab-e Azb" adlandırılan əməliyyatlar keçirilir.
Bu əməliyyatlarda Pakistanın 30 min hərbçisi iştirak edir və indiyədək 3 minə yaxın terrorçu məhv edilib.
Pakistanın şərqində yerləşən Lahor şəhərində uşaq parkında baş verən partlayış nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB