Üç partlayışda 22 nəfər həyatını itirib

Üç partlayışda 22 nəfər həyatını itirib

Yəməndə baş verən üç partlayış nəticəsində 22 nəfər həyatını itirib. SİA xarici KİV-lərə istinadla məlumat verir ki, hər üç partlayış avtomobilə quraşdırılmış bombanın işə düşməsi nəticəsində baş verib. Partlayışlardan ikisi ölkənin cənubunda yerləşən Ədən şəhərinin Əl-Şaab məhəlləsində, digəri isə bu şəhərin Mansura adlanan hissəsində törədilib.

Partlayışların kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə