İraqda partlayış 30 ölü

İraqın paytaxtı Bağdaddan 40 kilometr cənubda yerləşən İsgəndəriyyə kəndində baş verən partlayış nəticəsində azı 30 nəfər ölüb, 65 nəfər isə yaralanıb. Xarici KİV-lər məlumat verir ki, partlayış futbol matçından sonra keçirilən mükafatlandırma mərasimində terrorçu-kamikadze tərəfindən törədilib.

Partlayışa görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə