Daha bir erməni əsgəri ölü aşkar edildi

Daha bir erməni əsgəri ölü aşkar edildi

Ermənistan ordusunun daha bir əsgəri həyatını itirib. SİA-nın "news.am"a istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında Ermənistan Müdafiə Nazirliyinin Qafanda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Sevak Hambasumyan hərbi poliqon ərazisində güllə yarası almış vəziyyətdə aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində onun başından vurulduğu məlum olub. Məlumatı Ermənistan İstintaq Komitəsi də təsdiqləyib. Bildirilir ki, S. Hambasumyan aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Baş İstintaq Komitəsinin hərbi istintaq idarəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə