İŞİD terror qruplaşması Avropada terror hücumları həyata keçirmək üçün 400-dən 600-ə qədər terrorçu hazırlayıb. SİA "Assoşieytid Press"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı rəsmiləri məlumat verib.
Məlumatına görə, terrorçular İraq və Suriyadakı hərbi düşərgələrdə xüsusi təlim keçib.
Parisdə ardıcıl terror hücumları təşkil edən terrorçular hazırda Almaniya, Böyük Britaniya, İtaliya, Danimarka və İsveç üzrə paylaşılıb.
Qeyd edək, martın 22-də Brüssel hava limanında və "Maalbek" metro stansiyasında törədilmiş terror aktları nəticəsində 30-dan çox adam ölüb, təxminən 200 nəfər yaralanıb. Belçikada üç günlük matəm elan olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB