Federika Moqerini göz yaşlarını saxlaya bilmədi

Federika Moqerini göz yaşlarını saxlaya bilmədi

Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Federika Moqerini göz yaşlatını saxlaya bilməyib. Brüsseldə baş verən terror aktları ilə bağlı bəyanat verən xanım Moqerini hisslərinə hakim ola bilməyib və nəticədə jurnalistlərin qabağında ağlayıb. İnsidentə görə mətbuat konfransı təxirə salınıb.

Belçikanın RTBF telekanalı brüssel beynəlxalq hava limanında baş verən partlayış nəticəsində 10 nəfərin həlak olduğunu, 100 nəfərin yaralandığını təsdiq edib. Xilasetmə xidmətinin münayəndəsi bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirib.

Hava limanındakı partlayışdan təqribən bir saat sonra paytaxt metropoliteninin 2 stansiyasında partlayış qeydə alınıb. "Maaelbek" stansiyasında baş verən partlayışda 10 nəfərin həlak olduğu bildirilir.

Brüssel metrosu işini dayandırıb, sərnişinlərin təxliyyəsi həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə