Belçikada üç günlük matəm elan edilib FOTOLAR

Belçikada üç günlük matəm elan edilib FOTOLAR

Belçika paytaxtının Loi küçəsində dördüncü partlayışın törədildiyi bildirilib. Yerli mətbuatın məlumatına görə, Brüsseldəki Zaventem aeroportunda baş verən iki partlayış nəticəsində 11 nəfər ölüb, 81 nəfər yaralanıb. Brüssel metrosunun "Maalbeek" stansiyasındakı partlayış nəticəsində isə 15 nəfərin öldüyü, 55 nəfərin yaralandığı qeyd olunub.

Belçikanın Baş naziri Şarl Mişel partlayışları ölkə tarixinin faciəvi anları kimi səciyyələndirərək, əhalini sakit olmağa və həmrəylik göstərməyə çağırıb.

Belçika Prokurorluğu isə partlayışların terrorçu kamikadzelər tərəfindən törədildiyini ehtimal edir.

Brüsseldəki partlayışlar Fransada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səbəb olub. Fransa Prezidenti Fransua Olland dərhal hökumət üzvləri ilə iclas keçirərək Belçikadakı vəziyyəti müzakirə edib.

Partlayışlarla əlaqədar Hollandiya aeroportlarında da təhlükəsizlik tədbirləri yüksək səviyyəyə çatdırılıb.

Belçikanın paytaxtı Brüsseldə 34 nəfərin ölümünə səbəb olan terror hücumlarının ardından ölkədə 3 günlük matəm elan edilib. Anadolu agentliyi xəbər verir ki, bu barədə qərarı Belçikanın daxili işlər naziri Jan Jambon elan edib.

Belçika böhran mərkəzi isə yeni anonsunda ölkə miqyasında həyəcan səviyyəsinin ən yüksək həddə çatdığını xatırladıb. Vətəndaşları ehtiyatlı olmağa çağırıb.

Son məlumatlara görə, Belçika paytaxtı Brüsseldə törədilən partlayışlar nəticəsində ölənləri sayı 34-ə çatıb. Xəsarət alanların sayı isə 130-dən artıqdır. Belçika terror aktları ilə əlaqədar sərhədi bağlayıb.

Paytaxt Prokurorluğunun yaydığı xəbərə görə, Zaventem hava limanında 14, "Maalbeek" stansiyasındakı isə 20 nəfər ölüb. Hadisə yerindən "Kalaşnikov" markalı silah tapılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə