Terror təhlükəsi bu gün İstanbulda "Qalatasaray" - "Fənərbaxça" oyununun təxirə salınmasına səbəb olub. Əvvəlcə matçın tamaşaçısız oynanmasına qərar verilib, daha sonra mübarizə sonrakı tarixlərə təxirə salınıb.
Türkiyə Super Liqasının 26-cı həftəsində oynanacaq "Qalatasaray" - "Fənərbaxça" derbisinə bir neçə saat qalmış təxirə salınıb. Əvvəlcə matçın tamaşaçısız oynanmasına qərar verilib, daha sonra mübarizə sonrakı tarixlərə təxirə salınıb.
Türk Telekom Arenada bu gün oynanacaq və İstanbul vaxtı ilə saat 20.00-də başlanacaq olan oyun İstanbul vilayətinin idman təhlükəsizlik şurasının qərarı ilə təxirə salınıb. Türkiyə Daxili İşlər Nazirliyi matçın tamaşaçısız oynanması ilə bağlı "Qalatasaray" klubuna tövsiyyə edib. Saat 16: 30-da stadiona girən azarkeşlər çölə çıxarılmaja başlanıb. "Qalatasaray"ın tərəfdarları qərara etiraz edərək "rəhbərlik istefa versin" sözlərini qışqırıblar.
Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, İstanbul Valiliyi, Türkiyə Futbol Federasiyası və əlaqədar klubların rəsmiləri arasında yaşanan sıx bir görüş marafonu nəticəsində qarşılaşmanın təxirə salınmasına qərar verildi. Matçın nə zaman oynanacağı daha sonra açıqlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB