Xəbər verdiyimiz kimi, martın 19-da səhər saatları İstanbulun Taksim meydanında qanlı terror aktı törədilib. Terror zamanı yaralanıb xəstəxanalara yerləşdirilənlərə baş çəkən İstanbul valisi Vasip Şahin ən son vəziyyət barədə məlumat verib. O bildirib ki, partlayış nəticəsində 5 nəfər həlak olub. Onlardan biri terrorçu-kamikadzedir. Ölənlərdən 3-ü İsrail, biri İran vətəndaşıdır. Onların şəxsiyyəti müəyyənləşdirilib. Xəstəxanalara yerləşdirilmiş 39 yaralıdan doqquzu buraxılıb. Qalan 30 yaralıdan yeddisinin vəziyyəti ağırdır. Yaralıların 24-ü əcnəbidir. İlkin ehtimala görə, terror məqsədli şəkildə xarici vətəndaşların sıx olduğu ərazidə həyata keçirilib.
Hələlik bu terrora görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib. İstintaq davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB