İrəvanın Azadlıq meydanında müxalif "Yeni Ermənistan" ictimai qurtuluş cəbhəsinin mitinqi keçirilir. SİA-nın "News.am"a istinadən verdiyi məlumata görə, mitinqdən sonra yürüş baş tutacaq.
Müxalifətçilər ölkədəki sosial-iqtisadi vəziyyət və insan haqlarının pozulmasına etiraz edirlər.
Yürüş iştirakçıları Avropa İttifaqının ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim edəcəklər.
Qeyd olunur ki, "Yeni Ermənistan"ın məqsədi hakimiyyətin dəyişdirilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB