Kaliforniyada misli görünməmiş zəlzələ olacağı barədə məlumat yayıblar
Amerikalı elm adamları Kaliforniyada misli görünməmiş zəlzələ olacağı barədə məlumat yayıblar. Bu barədə "Elmi irəliləyişlər" ("Science Advances") adlı jurnalda yazılıb. Məlumata görə, Kaliforniyadan "San Andres" və "San Yasinto" adlı iki müxtəlif fay xətti keçir və hər 150 ildən bir baş verən "San Andres" zəlzələsi artıq 54 ildir ki, gecikir.
Kaliforniya Universitetinin professoru Julian Lozos bu iki fayın birlikdə qırıldığı halda ölkəyə 200 milyon dollarlıq maddi ziyan dəyəcəyini, 2 min insanın öləcəyini, 50 min insanın isə yaralanacağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB