Türkiyə ilə Rusiya arasında yaranan gərgin münasibətlərdən bu yana iki ölkə arasındakı uçuşların sayında azalma müşahidə olunub. SİA-nın məlumatına görə, Türkiyə və Rusiya arasındakı uçuşların sayı 50 faiz azalıb.
Xüsusilə Türkiyə Hava Yolları və "Aeroflot"un həyata keçirdiyi səfərlərin sayında azalma müçahidə edilib.
"SKY Turizm"in müdir köməkçisi Faruk Yılmaz məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, Türkiyə Hava Yolları həftə ərzində Moskvaya 4 səfər həyata keçirirdisə, hazırda 3 uçuş həyata keçirə bilir.
Onun sözlərinə görə, "Aeroflot" Hava Yolları isə həftə ərzində 4 uçuş həyata keçirirdisə, indi yalnız 2 səfər həyata keçirə bilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB