"Qərarları Putin verir"
Rusiya Suriyaya cavab verdi

"Rusiya hərbi qüvvələrinin Suriyaya bir daha qayıdıb-qayıtmayacağına yalnız ölkə başçısı Putin qərar verərəcək". SİA-nın məlumatına görə, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

Peskov Suriya prezidenti Bəşər Əsədin məsləhətçisi olan Buseyna Şabanın açıqlamasına cavab verib. Buseyna Şaban Suriyanın Hmeymim Hərbi Hava Bazasından çıxan rus qoşunları ilə bağlı açıqlama verib: "Rus dostlarımız Suriyaya yenidən qayıda bilər".

Prezident məsləhətçisinin istifadə etdiyi bu cümləyə təşkil etdiyi mətbuat konfransında cavab verən Peskov bildirib ki, Rusiya əsgərlərinin xarici ölkələrə göndərilib göndərilməməsi ilə bağlı qərarları yalnız dövlət başçısı Vladimir Putin verə bilər.

O qeyd edib ki, başqalarının açıqlamalarına əsaslanaraq bu məsələ ilə bağlı fikir yürütməyə ehtiyac yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə