Almaniyanın kansleri Angela Merkel ərəb ölkələrindən gələn qaçqınlar arasında hökm sürən antisemit əhval-ruhiyyəsi ilə bağlı narahatlığı başa düşür. Almaniya hökumətinin başçısı antisemitizm problemlərinə dair beynəlxalq konfransda çıxışında bildirib ki, "İsrail və yəhudilər əleyhinə fikirlərlə böyüyənlərin" ölkəyə gəlişinin yaratdığı problemlərlə məşğul olmaq üçün hər cür əsas var.
Angela Merkel deyib: "İstər çoxdan yaşayan, istərsə də yenicə gələn olsun - Almaniyada yaşayan hər kəsə bir məsələ aydın olmalıdır: burada antisemitizmə və başqa insanlar barədə xurafata yer yoxdur. AFR antisemitizm və ksenofobiyanın hər hansı təzahürünə qarşı mübarizə aparacaq.
Martın 15-də başa çatan konfransda 40 ölkədən təqribən 100 nümayəndə iştirak edir. Tədbir Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi çərçivəsində keçirilir. Konfrans iştirakçıları digər məsələlərlə yanaşı, internetdə nifrət və futbolda antisemitizm problemlərini müzakirə edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB