Yaponiya İrana 10 milyon ayıracaq

Yaponiya İrana 10 milyon ayıracaq

Yaponiya İrana tibb texnologiyaların inkişafı və xəstələrin diaqnostikası keyfiyyətinin yaxşılaşdırılması üçün 1,2 mlrd. iyen (təxminən 10 mln. dollar) ayıracaq. SİA-nın məlumatına görə, TASS-ın yaydığı xəbərdə bildirilir ki, razılaşma ötən gün Tehranda İranın səhiyyə naziri Mohsen Əsədi Lari və Yaponiyanın Tehrandakı səfiri Xiroyasu Kobayasi arasında imzalanıb.

Tokio bu vəsaiti "İnkişaf üçün Rəsmi Yardım Proqramı" çərçivəsində təqdim edəcək. Onun əsas hissəsi Yaponiya istehsalı olan yeni tibbi avadanlığın alınmasına yönəldiləcək.

Qeyd edək ki, fevralın əvvəlində Yaponiya və İran investisiya əməkdaşlığı haqqında müqavilə imzalayıblar. Bu, yanvarın 22-də Tokionun BMT, ABŞ və Aİ-dan sonra Tehrana qarşı sanksiyaları ləğv etməsindən sonra mümkün olub.

Bütün xəbərlər Facebook səhifəmizdə