Rusiya Suriyada atəşkəs rejimini pozdu 10 ölü, 15 yaralı

Rusiya Suriyada atəşkəs rejimini pozdu 10 ölü, 15 yaralı

Suriyada müvəqqəti atəşkəs razılaşmasını pozan Rusiya hərbi təyyarələri Hələb şəhərinə hücum edib. SİA-nın məlumatına görə, müxalifətçi qüvvələrin idarəçiliyi altında olan dairəyə hücum edilib.

Hücum nəticəsində aralarında uşaq və qadınların da olduğu 10 nəfər sadə vətəndaş həyatını itirib, 15 nəfər isə yaralanıb.

Eyni zamanda şəhərdə 6 mərtəbəli bina çöküb, iki ailə dağıntıların altında qalıb.

Hazırda ərazidə xilasetmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə