Əfqanıstanda qan su yerinə axır "Taliban" bir-birini qırır...

Əfqanıstanda qan su yerinə axır "Taliban" bir-birini qırır...

Əfqanıstanın qərbindəki Herat əyalətində "Taliban" silahlıları arasında şiddətli döyüşlər gedir. Son iki gün ərzində daha da intensivləşən toqquşmlar zamanı ümumilikdə 200 terrorçu həlak olub. Müdafiə Nazirliyinin məlumatına görə, silahlılar arasında fikir ayrılığının yaranmasına "Taliban" lideri Molla Mənsur səbəb olub. Dəstə üzvlərindən bəziləri onun liderliyini qəbul etmək istəmir. Üsyançılar Molla Məhəmməd Rəsulun rəhbərliyi altında döyüşmək istəyir.

Qeyd edək ki, ötən il "Taliban" qruplaşmasının lideri Molla Ömərin həyatını itiriməsindən sonra, Əfqansıtandakı hərəkata Molla Mansur rəhbərlik etməyə başlayıb. Mansurun liderliyini qəbul etməyən bəzi qruplar o gündən Məhəmməd Rəsulun rəhbərliyi altında birləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə