Sabiq prezident həbs təhlükəsində

Sabiq prezident həbs təhlükəsində

Braziliya prokurorları ölkənin sabiq prezidenti Luis İnasiya Lula da Silvaya qarşı ittihamnamə irəli sürüblər. SİA xəbər verir ki, bu barədə

"BBC News" yazır. Eks prezident "Ptrorbras" dövlət neft şirkəti vasitəsilə kirli pulların yuyulmasında ittiham olunmaqdadır. Lakin onun özü bu ittihamları rədd edir.

Müstəntiqlər isə hesab edirlər ki, da Silva cinayət əməlləri müqabilində əldə etdiyi gəlirləri ilə dəniz kənarında yerləşən Quaruja kurort şəhərciyində 550 min ABŞ dollarına penthaus alıb.

Sabiq prezidentin vəkili Kriştianu Zanin Martins isə bəyan edib ki, prokurorluq ittihamnamənin mətni ilə tanış olmaq üçün ona heç bir təqdimat etməyib.

Qeyd edək ki, da Silva artıq bir neçə dəfə istintaqa cəlb edilərək, sorğulanıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə