Yüzlərlə əməliyyat təxirə salındı
Həkimlər tətilə çıxdı

Böyük Britaniyada həkimlər nöbəti dəfə tətil elan edib. Əmək haqqlarının aşağı olmasından gileylənən gənc həkimlər, hökumətin bu sahədə apardığı yeni islahatlara qarşı çıxıblar. Tibb işçilərinin sözlərinə görə, yeni qaydalar onları şənbə və bazar günü də işləməyə vadar edir. Amma əlavə iş saatı qarşılığında cüzi miqdarda əmək haqqı ödənilir. Etirazçılar bu məbləğin artırılmasını tələb edir. Qeyd edək ki, yeni islahatlardan sonra gənc həkimlər artıq üçüncü dəfədir ki, tətil elan edir. Tibb işçiləri 40 il aradan sonra ilk dəfə tətilə çıxmışdı. Tətil zamanı yalnız təcili-tibbi yardım bölməsinə müraciət edən xəstələrin şikayətlrinə baxılıb və təcili əməliyyata ehtiyacı olan xəstələrə cərrahi müdaxilə edilib.

Ümumilkdə nümayişlər zamanı 4 min passientin müraciət tələbi və yüzlərlə xəstənin əməliyatı təxirə salınıb .

Bütün xəbərlər Facebook səhifəmizdə