Makedoniya qapılarını qaçqınların üzünə bağladı

Makedoniya qapılarını qaçqınların üzünə bağladı

Makedoniya sərhədlərini Yunanıstandan gələn miqrantların üzünə bağladığını açıqladı. SİA-nın BBC-yə istinadən verdiyi məlumatına görə, artıq ölkə Yunanıstandan Makedoniyaya gələcək miqrantları qəbul etməyəcək.

Belə ki, bununla da Balkan yarımadasından Orta və Qərbi Avropaya çıxan ən əhəmiyyətli yol miqrantlar üçün bağlanmış oldu.

Qeyd edək ki, bundan əvvəl ölkə Sloveniyadan Makedoniyaya gələcək miqrantları qəbul etməyəcəyini bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə